Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər

0

  • Xocalı rayon İcra
    Hakimiyyətinin və Xocalı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə
    "Doğmalara yaxın, narkomaniyaya uzaq olaq" başlığı altında 26 iyun BMT-nin "Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü" ilə əlaqədar, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi.
    Xocalı RPŞ-nin Akt zalında keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyəti
    başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına
    çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, Komissiyanın üzvləri, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları,
    Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, təhsil işçiləri,
    məktəb psixoloqları, valideynlər və məktəblilər iştirak etdilər.Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva bildirdi ki, rayonumuzda narkomaniya xəstəliyindən əziyyət çəkən və müalicə olunan qeydiyyata götürülmüş şəxs yoxdur. Buna görə də rayonumuzda keçirilən tədbirlər maarifləndirici və profiloaktik mövzuları əhatə
    edir. Narkotikanın zərərlərindən danışan Lamiyə Qarayeva narkotik istifadəçilərinin təkcə özlərinə zərər yox,
    eyni zamanda ətrafdakı insanlara da zərər yetirdiklərini, cinayət əməlləri törətdiklərini dedi.Ailənin insanın həyatında və inkişafında çox vacib rol oynadığını vurğulayan Lamiyə Qarayeva narkotik maddələrdən
    istifadə edən gənclərin böyük əksəriyyətinin ailəsində də bu maddələrdən istifadə edən şəxslərin olduğu müəyyən edildiyini bildirdi.Lamiyə Qarayeva fikirlərinə
    əlavə etdi ki, narkomaniyanın qarşısını almağın ən əlverişli yolu onun məktəblərdə mütəmadi olaraq maarifləndirici tədbirlər aparmaqdır. Məhz ən çox yeniyetmələr
    təhlükəli işlərə meyillidirlər və buna görə də şəxsiyyətin formalaşdığı dövrdə
    bir sıra xəbərdarlıq yönlü fəaliyyətlərin aparılması vacibdir. Lazımi tərzdə
    yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar narkomaniya barədə öz fikirlərini
    formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün

    biliyə malik olurlar. Məktəblə valideynlər arasında əlaqə möhkəm olmalıdır.Sonra Xocalı Rayon Gənclər və
    İdman İdarəsinin rəisi Elməddin Bağırov rayon gənclərinin vətənpərvərlik
    ruhunda tərbiyə olunması istiqamətində görülən tədbirlərdən danışdı. Qeyd etdi ki, rayon gəncləri və yeniyetmələr arasında narkomaniya ilə mübarizə tədbirləri məqsədilə, həmçinin onların asudə vaxtın səmərəli təşkili və zərərli vərdişlərdən
    kənar olmaq məqsədilə mütəmadi olaraq idman yarışları və intellektual oyunlar keçirilir, müxtəlif ekskursiyalar təşkil edilir."Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxışında narkomaniya bəlasının fəsadları barədə söz açdı. Təəssüf hissi ilə qeyd etdi ki, yuxarı siniflərdə oxuyan bəzi qızlar da narkotik vasitələrin aludəçisinə çevriliblər. Narkomaniyanın cəmiyyətə, ailələrə vurduğu ziyan artmaqdadır. Elə məhz boşanmaların, ailədaxili şiddətin, qətllərin çoxu da narkomaniya ilə bağlıdır. Bu bəla ilə mübarizədə hər birimiz fəal olmalıyıq. Hər kəs cəmiyyətin bir üzvü kimi narkomaniyaya ilə mübarizəyə qoşulmalıdır. Qarşılaşdığımız mənfi hallara öz münasibətimizi bildirməli və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməliyik. Övladlarımızla, gələcəyimizlə laqeyd münasibət göstərmək əvəzinə, onlarla dostluq münasibəti qurmalıyıq.
    Valideynlər və övladları arasındakı yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır. Daha sonra Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə təhsil sektorunun əməkdaşı Xəyyam Cəfərov bildirdi
    ki, Xocalı rayonun ümumtəhsil məktəblərində "Nakomaniya əsrin bəlasıdır", "Ağ ölümlə mübarizə", "Sağlam gələcək naminə!" və digər
    mövzularda müxtəlif tədbirlər keçirilir. Tədbirlərdə şagirdlərə zərərli vərdişlərdən
    qorunması yolları barədə söhbətlər aparılır, asudə vaxtın səmərəli təşkil
    olunması, dərsdən yayınmasına və pis vərdişlərə yiyələnməsinə qarşı mövzularda
    çıxışlar edilir, fərdi söhbətlər və fikir mübadiləsi aparılır. Narkomaniya bəlası
    mövzusunda şagirdlər arasında inşa və rəsm müsabiqələri təşkil edilir. Fəal şagirdlər tərəfindən divar qəzetləri və bukletlər tərtib olunaraq şagirdlərə
    paylanılır.Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov məruzə ilə çıxışında
    bildirdi ki, Respublikamızda narkomaniyaya qarşı mübarizə məqsədilə müxtəlif qanun, fərman və sərəncamlar qəbul olunmuşdur. Azərbaycan Respublikasının
    Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların
    prekurslarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət
    Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı Sərəncamı insanları
    sağalmaz xəstəliklərə düşar edən bu bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək lazımdır. Tural Xəlilov qeyd etdi
    ki, bir neçə il bundan əvvəl narkotik qəbul edənlərin tam əksəriyyəti 25-59 yaş arasında idisə, indi bu hədd çox sürətlə aşağı düşməyə başlayıb və artıq 14-50 yaş qeyd olunur. Narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat, təşviqat
    və s. üsullarla yanaşı, inzibati metodlar da istifadə olunmalıdır.

    Tədbirin sonunda
    "Doğmalara yaxın, narkomaniyaya uzaq olaq" adlı film nümayiş edildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib36 dəfə

    Maraqlı gələ bilər
    0
    54